Xalq artisti Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb.
Oxu.Az-a bu barədə məlumatı aktrisanın qızı Səbinə xanım verib.
“Srağagündən palataya yerləşdirilib. Qanaxma dayanıb. Hemoqlobinin miqdarı lazımi səviyyəyə qalxıb. Artıq yemək yeyə bilir. Müalicəsi davam etdirilir”, - deyə o bildirib.
Xatırladaq ki, B.Əliyeva onikibramaq bağırsağındakı yaranın qanaması nəticəsində çoxlu qan itirmiş və ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı.
Aytən Sadıqzadə
www.oxu.az