Violonçel ustası M.Rostropoviçin xatirəsinə həsr olunan musiqili gecə keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbir aprelin 28-də Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində təşkil olunacaq.
Gecədə dirijor Cavad Tağızadənin rəhbərliyi altında Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılmış “Simfonietta” orkestrinin ifasında konsert proqramı səslənəcək. Maestronun həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək, onun bir insan və bir musiqiçi kimi göstərdiyi xidmətlərdən bəhs olunacaq.
Tədbirdə iştirak edəcək qonaqlar M.Rostropoviçlə bağlı maraqlı xatirələrini bölüşəcək, maestronun şəxsi əşyaları və fotoşəkillərindən hazırlanmış sərgi ilə tanış olacaqlar.