Azərbaycanın premium kinoteatrı “CinemaPlus” Sevgililər Günü ərəfəsində “Tək olmağın qaydaları” komediya filminin nümayişinə başlayıb.
Oxu.Az xəbər verir ki, filmin rejissoru Kristian Ditterdir. Baş rolları Dakota Conson, Rebel Uilson, Elison Bri və Lesli Mann canlandırıblar.
Filmin məzmunu: Nyu-York planetin ən romantik şəhərlərindən biridir. Tək olub və tənhalıq ilə kifayətlənmək olar və ya küçələrdə öz sevgini axtarmaq da. Nyu-Yorkda tənha ürəklər çox olur, hansı ki, bir gecəlik, romantik həftəsonu və ya hətta ciddi münasibət üçün tanış olmaq istəyirlər.
Elis, Robin, Lyusi, Meq, Tom və Devidi bir səy birləşdirir – daima dəyişən dünyada necə yaşamaq, harada ki, sevgi anlayışı əhvaldan və istəkdən asılıdır. Şən vaxt keçirmək üçün heç vaxt yatmayan şəhərdə yatmaq olmaz.
