Azərbaycan istehsalı olan BRDM ilk dəfə olaraq Bakıda keçirilən II “ADEX 2016” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendindən məlumat verilib.
Məlumata görə, BRDM-in üzərində Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan tank əleyhinə raket kompleksi quraşdırılıb.
Bildirilib ki, BRDM-də dinamik müdafiəli hədəflərə qarşı tandem döyüş başlıqlı 4 raket, hərəkət vaxtı və hərəkətdə olan hədəflərə atış imkanı üçün 2 oxlu stabilləşdirici sistem, naviqasiya sistemi və dost-düşmən tanıtma sistemi var.
A.M.