Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq müzakirə olunub
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyi vurğulanıb.
Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və Milli Müdafiə universitetləri arasında Memorandum imzalanıb.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanla NATO-ya üzv ölkələr arasında sənəd imzalanıb
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- MN-in sabiq idarə rəisi və bölmə müdirinə HÖKM OXUNDU
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır