Azərbaycan Silahlı Qüvvələrinin erməni silahlı bölmələrinin Dağlıq Qarabağda yerləşən mövqelərinə zərbələr endirməsinin video görüntüləri yayılıb.
Oxu.Az-ın məlumatına görə, görüntülərdən aydın olur ki, Azərbaycan Silahlı Qüvvələrinin minaatanlardan və digər iriçaplı silahlardan erməni mövqelərinə intensiv zərbələri nəticəsində düşmənin sığınacaqları, hərbi texnikası və canlı qüvvəsi məhv edilib.