Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edildi
"IDEAS 2024" 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistanda işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.
Tərəflər, həmçinin münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd edib və maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanla NATO-ya üzv ölkələr arasında sənəd imzalanıb
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- MN-in sabiq idarə rəisi və bölmə müdirinə HÖKM OXUNDU
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır