2023-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmiryol xətlərinin keçdiyi ərazilər də daxil olmaqla 53 min hektardan çox sahə minalardan təmizlənib, 8500-dən çox mina zərərsizləşdirilib.
Bu barədə qurum məlumat yayıb.
“İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə bərpa və yenidənqurma işləri sürətlənir, soydaşlarımızın doğma yurd-yuva həsrəti getdikcə sona çatır”, - deyə məlumatda qeyd edilib.