13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çində işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO - VİDEO
Bildirilib ki, görüş zamanı nazirlər Azərbaycanla Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Qaynar xətt:
(055) 224 12 12