Hazırda qızğın döyüşlərin getdiyi cəbhə xəttində atəş səsləri eşidilməkdədir.
Oxu.Az-ın bölgəyə ezam olunmuş əməkdaşlarının sözlərinə görə, düşmənin artilleriya atəşləri, eləcə də, Azərbaycan ordusunun adekvat cavab atəşinin səsləri yayılmaqdadır.
Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Cəbhədə atəş səsləri: Oxu.Az bölgədən xəbər verir - VİDEO
Rəylər