Bazar günü axşam saatlarında Dağlıq Qarabağda Ağdərə istiqamətində şiddətli döyüşlər gedib, Azərbaycan tərəfinin itkiləri haqqında yaxın saatlarda ətraflı məlumat veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə bazar ertəsi Azərbaycan MN-nin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.
“Gecə Ağdərə istiqamətində şiddətli döyüşlər baş verib, vəziyyət Azərbaycan SQ-nin nəzarəti altındadır. Azərbaycan ordusu, həmçinin şənbə günü azad edilmiş əraziləri nəzarətində saxlayır”, - deyə, agentliyin həmsöhbəti bildirib.