Ermənistanda əsgər yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az news.am saytına istinadən xəbər verir ki, ilkin istintaq zamanı müəyyən edilib ki, həmin şəxs oktyabrın 5-də sıravi Vaaqn Virabyana özünün tabel silahından atəş açıb.
Qeyd edək ki, sifət nahiyyəsindən və sinəsindən güllə yarası alan V. Virabyan ölüb.

A.M.