Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması ilə bağlı brifinq keçirilib.
Oxu.Az-ın müxbirinin məlumatına görə, brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov iştirak edib.
Brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ilkin istintaqın nəticələrinə dair, o cümlədən, digər əhəmiyyətli mövzularla bağlı məlumat verilib.