Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin növbəti mərhələsində ssenariyə əsasən, qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyən olunaraq xilas edilməsi məqsədilə axtarış-xilasetmə əməliyyatları həyata keçirilib.