Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hərbi helikopterlər havada: Azərbaycan Müdafiə Nazirliyi görüntülər yaydı
Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyətə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.
"Təlim-məşq uçuşlarının planına uyğun olaraq, bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər", - deyə məlumatda qeyd olunur.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- İran İsrailə raket hücumuna başladı: Tel-Əviv və Qüdsdə PARTLAYIŞLAR - 63 nəfər yaralandı
- Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizliyi müzakirə edib
- Zakir Həsənov İrana başsağlığı verib
- Hərbi xidmətlə bağlı bəzi qanun və fərmanlarda dəyişiklik edilir
- Azərbaycan Ordusunun qırıcıları havaya qalxdılar - Təlimdən GÖRÜNTÜLƏR