Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hikmət Hacıyev: “Düşmənin mülki əhalimizə təhlükə yaradan hərbi hədəflərini neytrallaşdırdıq”
“Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlər, “Smerç”dən istifadə edir”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda atəşkəs kobud şəkildə pozur:
“Bununla Ermənistan münaqişəni daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından kənarda yerləşən əraziləri atəşə tutur. Eyni zamanda, onlar Ermənistan ərazisindən də Azərbaycanın şəhərlərini atəşə tuturlar”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan mülki əhalisinin təhlükəsizliyini təmin edir:
“Bu addım beynəlxalq qanunlara uyğundur. Bildiyiniz kimi, beynəlxalq qanunlara əsasən, təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq hüququna malikik.
Biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalisini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.
İlhamə Əbülfət
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər