Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilib.
Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir.
Bu gün Azərbaycan Ordusu ürəyi Vətən məhəbbəti ilə döyünən hər kəsə qürur və iftixar hissi bəxş etməkdədir. Ordumuzun yanında olmaq hər birimizin müqəddəs borcudur.
Hər an bizi Böyük Qələbəyə yaxınlaşdıran şanlı Ordumuza dəstək vermək məqsədilə “İLK İnşaat” tikinti şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 50 min manat ianə edib.
Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!