Rusiyanın XİN başçısı Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla telefonla Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Tərəflər bəzi ikitərəfli və beynəlxalq məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə fikir mübadiləsi aparıblar”, - XİN-nin məlumatında deyilir.
Qeyd edək ki, bu gün Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Moskvada Dağlıq Qarabağ məsələsini müzakirə edib.