Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycanın hava məkanını pozmağa və hərbi mövqelər üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, aparat Əlahiddə Ümumqoşun Ordusu hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən məhv edilib.