Ermənistanın müdafiə naziri Seyran Ohanyan Naxçıvanla sərhəddə olub.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, o, Qorayk kəndindəki səngərdə olub, hərbi xidmət növbətçilərinin fəaliyyəti ilə tanış olub. O, şəxsi heyətlə də görüşərək danışıb.
Qeyd edək ki, erməni KİV iddia edir ki, bir neçə gün öncə adıçəkilən ərazidə atəşkəsin pozulması nəticəsində erməni əsgəri ölüb.