Gələcəkdə bizi böyük tədbirlər gözləyir. Əsas məsələ odur ki, bu gözəl tədbir geniş şəkildə işıqlandırıldı, hər gün maraqlı və düzgün məlumatlar çatdırıldı. Azərbaycanı, xalqı sevən insanlar kövrəlir ki, bu oyunlar bitir. İdmançılar ölkəmizi tərk edir.
Onlar ölkəmizdən razı gedirlər. Biz bunu bacardıq və bunu bütün dünyaya təqdim edə bildik .
Biz sübut etdik Bakı nə qədər Avropa, Avropda nə qədər Bakıya yaxındı.
Oxu.Az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün Bakı 2015 I Avropa Oyunlarına həsr olunmuş yekun mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan yığmasının medal sayına görə Avropada ikinci yerdə qərarlaşacağı gözlənilmirdi.
“17 gün ərzində faktiki olaraq hər gün idmançılarımız bizi medalla sevindirdi”, - deyə, nazir bildirib.
Elvin Əhmədov
www.oxu.az