“Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində ümumi vəziyyət sabitdir”.
Bunu Oxu.Az-ın cəbhə xəttində olan əməkdaşlarına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
O bildirib ki, ön xətdə olan mövqelərdə gərginlik qalır.
“Ara-sıra mövqelərimiz düşmən tərəfindən atəşə tutulur. Təbii ki, Azərbaycan Ordusu tərəfindən adekvat cavablar verilir”, - deyə o əlavə edib.
V.Dərgahlı vurğulayıb ki, Azərbaycan Ordusunun aktiv tədbirləri nəticəsində Tovuzun cəbhə xəttində yerləşən kəndlərinin atəşə tutulmasının qarşısı alınıb.
Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan silahlı bölmələri Azərbaycanın Tovuz rayonunda olan mövqelərini artilleriyadan atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri ilə Ermənistan tərəfi 100-dən itki verib, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olub.
Aqşin Kərimov
Rəylər