BMT-nin baş katibi Pan Gi Mun Ermənistan prezidenti Serj Sarkisyan ilə Nyu-Yorkda baş tutan görüş zamanı Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı narahatçılığını bildirib.
Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidmətindən bildirilib.
“Pan Gi Mun ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə problemin həllinə əhəmiyyət verir”, - məlumatda deyilir.
Ermənistan prezidenti öz növbəsində BMT-nin baş katibini Qarabağ ətrafında baş verən danışıqlar prosesinin cari mərhələsinə dair məlumatlandırıb.