Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində baş verən yol qəzası nəticəsində 3 erməni hərbiçisi ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, keçmiş Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında “Vilis" markalı avtomobil gölə düşüb.
Hadisə nəticəsində avtomobildə olan hərbçilər, 1998-ci il təvəllüdlü Ruben Barseqyan, 1997-ci il təvəllüdlü Rafael Başiryan və 1998-ci il təvəllüdlü Ruben Mnatsakanyan boğularaq ölüblər.
A.M.