Rusiyanın guya postsovet məkanındakı münaqişə iştirakçıları arasında ayrıseçkilik edərək dəstəkləməsi barədə bəyan etmək düzgün deyil. Moskva tərəflər arasında dialoq əsasında həmin münaqişələrin həllinə aktiv olaraq dəstək verir.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya XİN rəhbərinin müavini Aleksandr Lukaşeviç brifinqdə deyib.
“Mən həmçinin Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllində fəal rolunu da qeyd etmək istərdim. Bu iş yalnız Minsk Qrupu həmsədrləri səviyyəsində deyil, həmçinin ikitərəfli əlaqələr vasitəsilə də aparılır.
Bizim prezidentin bu dialoqda danışıqların irəliləməsinə kömək edən iştirakı da həmçinin ciddi faktordur”, -Lukaşeviç deyib.