Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunda dəfn edilib.
Oxu.Az xəbər verir ki, mərasimə şəhidin yaxınları, rayon ictimaiyyəti, DSX rəsmiləri və rayon əhalisi qatılıb.