Türkiyə və Azərbaycan Xarici İşlər nazirləri (XİN) Mövlud Çavuşoğlu və Ceyhun Bayramov bazar günü telefon danışıqları apararaq, Ermənistan və Azərbaycan arasındakı gərginliyi müzakirə ediblər.
Bu barədə “Anadolu” agentliyi Türkiyə XİN-ə istinadla məlumat yayıb.
“Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqlar aparıb. Onlar Ermənistanın təcavüzünü müzakirə ediblər”, - deyə açıqlamada qeyd olunub.
Rəylər