Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar aparma üçün daha bir imkanı olacaq.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan XİN-də jurnalistlərə bildirib.
Diplomat qeyd edib ki, hazırda onun heç bir şərhi yoxdur. Həmsədrlərin tərəflərə yeni təklifinin olub-olmaması ilə bağlı suala Uorlik deyib:
“Danışıqlar üçün daha bir imkan olacaq, lakin bu günə heç nə”.
Xatırladaq ki, dünən Minsk Qrupunun həmsədrləri Bakıda olub və prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşüblər.
www.oxu.az