Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıxov “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə baş çəkiblər.
Oxu.Az xəbər verir ki, hərbi strukturun rəhbərləri sərgidəki müxtəlif stendlərlə tanış olublar.
Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov dövlət başçısının iştirakçılara müraciətini oxuyub.
Qeyd edək ki, bu gün Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb.
Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək.
Ə.Ş.
FOTO: Ramil Zeynalov
www.oxu.az
Rəylər