Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zakir Həsənov Belarusa səfər edib
İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.
"Zakir Həsənov" teqi üzrə xəbərlər
- Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizliyi müzakirə edib
- Zakir Həsənov İrana başsağlığı verib
- Zakir Həsənov türkiyəli həmkarı ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
- Azərbaycan və Türkiyə generalları nələri müzakirə etdilər?
- Zakir Həsənov İsrail Katzla görüşüb
Ən çox oxunanlar