Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Sosial sığorta haqqında” qanuna mühüm dəyişikliklər edilir
“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.
Oxu.Az-ın xəbərinə görə, belə ki, “Sosial sığorta haqqında” qanuna məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarətlə bağlı təklif edilən yeni əlavəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sığorta haqqının qaytarılması Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
Qanuna sığorta haqqına cəlb edilən aylıq gəlirləri ilə qrafik də əlavələr edilib. Təklif olunan dəyişikliyə görə, 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığortaedən tərəfindən ödəniləcək.
200 manatdan çox maaş alanların 10 faizini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək. Qanuna muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcədə ödənilməsi təklif olunur.
Sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; - mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; - xüsusi notariuslar üzrə -minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; - müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında; - Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyəcək.
Qanuna təklif olunan dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
Kamil HƏMZƏOĞLU
www.oxu.az