Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsinə təyin edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə müvafiq fərmanı noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.
Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu sərəncamdan sonra Səbuhi Məmmədov həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.