Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistan Elnur Hüseynzadəni azad edə bilər
Ermənistan hakimiyyəti əsir düşən azərbaycanlı Elnur Hüseynzadəni vaxtından əvvəl azad etmək imkanını nəzərdən keçirir.
Oxu.Az Rusarminfo-ya istinadən bildirir ki, E.Hüseynzadənin azad olunması hərbi əsirlərin dəyişdirilməsi zamanı baş tuta bilər.
Bununla belə, Ermənistan rəhbərliyi bəyan edib ki, 2014-cü ilin iyulunda qohumlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən erməni əsgərləri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə söz gedə bilməz.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan E.Hüseynzadə 2017-ci ilin fevral ayında Talış kəndi yaxınlığında qeyri-muəyyən şəraitdə əsir düşüb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"