24 
May
2019
15:57
140
31
4417
Virtual karabakh

Ermənilərin üç “arqument”i, Azərbaycanın üç cavabı

Dağlıq Qarabağ münaqişəsi təkcə 1988-ci ilin fevralından başlamayıb. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları 200 il ərzində olub.

Oxu.Az xəbər verir ki, bunu Mili Məclisin (MM) sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Ermənilər Qafqazın aborigen xalqı deyil, gəlmədirlər. Azərbaycan 1919-cu ildə Millətlər Liqasına (indiki BMT-yə) üzvlük üçün müraciət etdi, 1920-ci il yanvarın 12-də Azərbaycan tanındı. Ermənistan da müraciət edib, ancaq Millətlər Liqası qəbul etmədi. Çünki Ermənistanın ərazisi, sərhədləri yox idi. O vaxt 20 dövlət Azərbaycanı de-fakto tanıdı”, deyə Z.Əsgərov əlavə edib.

Birinci vitse-spiker nəzərə çatdırıb ki, Ermənistan 1918-1920-ci illərdən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmadığı iddiası ilə çıxış edir:

“SSRİ parçalanma ərəfəsində, 1990-cı ilin aprelində qanun qəbul etdi ki, hər bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ saxlanılır. Ermənilər iddia edir ki, bu və digər müttəfiq respublikanın, o cümlədən, Azərbaycanın SSRİ-dən çıxması Dağlıq Qarabağa aid deyil. Yəni Azərbaycan keçmiş SSRİ-nin deyil, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bəli, biz Cümhuriyyətin varisləriyik, amma 70 il SSRİ-də də olmuşuq. Ancaq ermənilər deyirlər ki, siz Cümhuriyyətin varisisinizsə, sovet Azərbaycanın varisi deyilsiniz, bu baxımdan, Qarabağ da sizə aid deyil”.

Z.Əsgərov qeyd edib ki, Cümhuriyyət dövründə Dağlıq Qarabağ quberniyası yaradılıb və ora azərbaycanlı qubernator qoyulub:

“Dağlıq Qarabağda erməni icması da o zaman bəyan etdi ki, Azərbaycanın suverenliyi altında yaşayırlar. Digər tərəfdən, Millətlər Liqası Ermənistanı qəbul etmədi, Ermənistan məsələsi havada qaldı. Sadəcə, Azərbaycandan torpaq qopardıb, Ermənistanı yaratdılar. 

Ermənilər onu da iddia edirlər ki, Stalinin dəstəyi ilə Dağlıq Qarabağ Azərbaycana verilib. Ancaq 1921-ci il iyulun 5-də qərar qəbul edilib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Deməli, həmin vaxta qədər Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub, “saxlanılsın” sözü də onu sübut edir ki, Dağlıq Qarabağ məhz Azərbaycanın olub”.

Z.Əsgərov xatırladıb ki, Qars müqaviləsində Naxçıvan Cümhuriyyətinin Azərbaycanın hüdudları altında yaradılmasından söhbət gedir:

“Ermənilər o vaxt daha çox Naxçıvana iddia edirdilər, Qars müqaviləsində isə Naxçıvan məsələsi tam əksini tapdı. Dağlıq Qarabağdan isə orada söz açılmadı, çünki Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu artıq qəbul olunmuşdu. Digər tərəfdən, SSRİ parçalanandan sonra hansı müttəfiq respublikanın tərkibindən muxtar respublika çıxıb? Belə presedent olmayıb.

Nəhayət, “Xalq Cümhuriyyətinin varisi olubsunuz, sovet Azərbaycanın varisi olmamısınız” barədə iddiaya gəlincə, beynəlxalq hüquqa görə, Azərbaycan SSRİ dövründə öz ərazi bütövlüyünü saxlayıbsa, müstəqillikdən sonra da həmin ərazi buna məxsusdur. Bu prinsip bütün dünyada tətbiq olunur”.

Z.Əsgərov qeyd edib ki, iddiaları əsassız çıxan ermənilər indi isə Azərbaycanı işğal faktı ilə barışmağa çağırır:

“Ancaq bu mümkün olan məsələ deyil. Biz işğal faktı ilə barışmamışıq və barışmayacağıq”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri