Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezidentin köməkçisindən təklif: “Nobel mükafatı Qorbaçovdan geri alınsın”
20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən hadisə kimi baxmaq lazımdır.
APA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilib və bu proses Dağlıq Qarabağda da gedib:
“Məhz Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi.
Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalistin fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi və Heydər Əliyev orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı.
Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil”.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- "Nar" uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
- "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlər keçirilir
- Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
- Böyük Britaniya lordları Tahir Gözelin təşəbbüsü ilə Fəxri xiyabanı ziyarət ediblər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?