“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva yazıb.
“İnstagram” hesabı vasitəsilə paylaşım edən Birinci vitse-prezident soyqırımla bağlı fikirlərini bölüşüb:
“Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Посмотреть эту публикацию в Instagram"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
- Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə əlaqədar paylaşım edib
- Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
- Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Ən çox oxunanlarDigər xəbərlər