31 
Mar
2020
16:50
513
85
5531
Virtual karabakh

İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”

31 Mar, 2020
16:50
5531

İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi - demək olar ki, iki dəfədən çox aşağı düşməsi bizim iqtisadiyyata da problemlər yarada bilər. Təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Ölkə başçısı qeyd edib ki, eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır.

“Təcili olmayan layihələr təxirə salına bilər. Bu layihələrin həyata keçirilməsi və yaxud təxirə salınması məsələlərinə baxdıqda, məşğulluq məsələlərinə də mütləq baxmalıyıq”, - deyə Prezident əlavə edib.

Dövlət başçısı bildirib ki, dövlət xətti ilə həyata keçirilən investisiya layihələri eyni zamanda məşğulluğu təmin edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri