8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir.
Oxu.Az xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər.
Ziyarətçilər şəhidlərin məzarları üzərinə tər güllər düzür, onların əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirlər.
Qaynar xətt:
(055) 224 12 12