Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Lavrov danışıqların intensivləşdirilməsinin şərtini açıqladı
Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədində baş verən iyul hadisələri gələcəkdə təkrarlanmayacaq.
TASS agentliyinin məlumatına görə, bunu avqustun 26-da Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla baş tutan danışıqlardan sonra mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsində beynəlxalq birliyin qəbul etdiyi qərarlar əsas götürülməlidir.
“ATƏT çərçivəsində ciddi danışıqlar bazası formalaşdırılıb. Əlbəttə, danışıqlar intensivləşsəydi, daha yaxşı olardı, ancaq bu planların baş tutması üçün ilk növbədə situasiyanı normallaşdırmaq, hansısa insidentləri dayandırmaq lazımdır”, - deyə S.Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfər etmək, həmçinin, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əlaqə yaratmaq planlarının olduğunu vurğulayıb.
"Bakı" teqi üzrə xəbərlər
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Bakıda pişiyə işgəncə verən şəxs cəzalandırıldı
- Bakıda pişiyi eyvandan salladılar, işgəncə verdilər
- Dünyanın ən bahalı şəhərlərinin son reytinqi: Bakı neçənci yerdədir?