Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin şəxsiyyəti məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 24-də saat 22:00-da H.Z.Tağıyev qəsəbəsinin ərazisində baş verib.
"1997-ci il təvəllüdlü Xaçmaz rayon sakini Tural Camub oğlu Məhərrəmov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Elxan Tofiq oğlu İsayevi vurub. E.İsayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Elxan İsayev Vətən müharibəsində iştirak edib və yaralanıb.

Əzizə İsmayılova
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub.
Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub.
Sakinlər hadisənin baş verdiyi ərazidə işıqlandırmanın olmadığını deyirlər.
Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Daha ətraflı videomaterialda:
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəzanın başvermə səbəbləri araşdırılır.