"Prema" komandasının daha bir pilotu "Formula-2" Azərbaycan Qran-Prisinin əsas yarışında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Mari Boya bolidində yaranan texniki problem səbəbindən trasda dayanıb.
İspaniyalı pilotun bolidi daha sonra trasdan çıxarılıb və yarışda təhlükəsizlik avtomobili tətbiq olunub.

"Formula-2" Azərbaycan Qran-Prisinin əsas yarışında qəza qeydə alınıb.
Oxu.Az xəbər verir ki, "Prema" komandasının pilotu Sebastyan Montoya starta gedərkən idarəetməni itirərək təhlükəsizlik maneəsinə çırpılıb.
Kolumbiyalı pilotun bolidi trasdan kənarlaşdırılıb və Montoya yarışı davam etdirə bilməyib.