"Naxçıvanın bütün elektrik enerjisinin tam olaraq yaşıl mənbələrdən gəlməsini görəcəyimiz günlər çox uzaqda deyil".
Oxu.Az xəbər verir ki, bu fikirləri energetika nazirinə müavini Elnur Sultanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda Şərqi Zəngəzur və Qarabağdan sonra region olaraq baxsaq, Naxçıvan ikinci bölgə olacaq ki, oradakı bütün elektrik enerjisi yaşıl mənbələrdən gələcək:
"Bu artıqlaması ilə olacağı üçün digər hissəsi də ya Azərbaycanın digər hissələrinə transfer ediləcək, ya da ixrac ediləcək. Bu nöqtədə mən onu da qeyd eləyim ki, eyni zamanda, yaşıl dəhlizlər bizim investorlarla görüşümüz üçün də fürsət yaratdı. Azərbaycan hazırda 4 yaşıl enerji dəhlizi üzərində işləyir. Çox keçmədən bütün Azərbaycanda istehsal olunacaq yaşıl elektrik enerjisi sadəcə ölkəmizin tələbatını qarşılamaqla qalmayıb, Azərbaycanın qazda, neftdə olduğu kimi digər ölkələrə də yaşıl enerji ixrac etməsi üçün enerji təhlükəsizliyi ixrac etməsi üçün fürsətlər yaradacaq".