27 
Sen
2020
15:03
2420
55
7525
Virtual karabakh

İlham Əliyev: “Azərbaycan Ordusunun məqsədi işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”

27 Sen, 2020
15:03
7525

İlham Əliyev: “Azərbaycan Ordusunun məqsədi işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güclü Azərbaycan Ordusunun əks hücum əməliyyatlarında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir. Biz hər zaman Azərbaycan Ordusu üçün lazım olan bütün dəstəyi vermişik və verəcəyik”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bu sözləri Ölkə başçısı İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan Ordusunun vahid komandanın rəhbərliyi altında əks hücum əməliyyatları uğurla gedir:

“Bütün silahlı birləşmələr arasında koordinasiya yüksək səviyyədə yerinə yetirilib. Mən əminəm ki, bu əks hücum əməliyyatı uğurla davam edəcək. Çünki, Azərbaycan Ordusu heç kimin torpağına göz dikməyib. Azərbaycanın tək məqsədi öz torpağını müdafiə etmək, işğal altında olan torpaqlarını işğalçılardan azad etməkdir”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri