Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri cənab Bidzina İvanişvilini təbrik etdi
Prezident İlham Əliyev “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri cənab Bidzina İvanişviliyə məktub ünvanlayıb.
Məktubda bildirilir:
“Hörmətli cənab İvanişvili,
Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.
Sədri olduğunuz partiyanın ardıcıl olaraq üçüncü parlament seçkilərində qalib gəlməsi dost Gürcüstan xalqının həyata keçirdiyiniz siyasi kursa dəstəyini bir daha təsdiq etdi.
İnanıram ki, bu qələbəniz ölkənizin daha da çiçəklənməsinə xidmət edəcək, xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşüb
- Prezident İlham Əliyev Albaniya prezidenti ilə görüşüb
- Maliyyə nazirinə yeni vəzifələr verildi - SƏRƏNCAM
- Bəzi dövlət agentliklərində qalıq vəsait əməkdaşlara mükafat kimi veriləcək - FƏRMAN
- İlham Əliyev: "Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi"