Dek
2021
11:04
141
16
2125
Virtual karabakh

Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ - FOTO

2 Dek, 2021
11:04
2125

Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ - FOTO

“Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan Prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın”. 

Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.

O bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb.

“Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.

Aqşin Kərimov
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri