Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri çərçivəsində Bişkekə gediblər.
Oxu.Az "Report"a istinadən bildirir ki, avqustun 31-də Qırğızıstanın paytaxtında VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək.
Azərbaycan Oyunlarda idman, mədəni və elmi proqramlarda təmsil olunacaq.
Avqustun 31-də Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri başlayır.
Oxu.Az xəbər verir ki, Azərbaycan media nümayəndələri səfəri işıqlandırmaq üçün Qırğızıstana yola düşüblər.