28 dekabr - “Vəkil günü” münasibətilə Vəkillər Kollegiyasının rəhbər və üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, onlar Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
10:38
Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günü qeyd edilir.
Oxu.Az-ın məlumatına görə, 28 dekabr - “Vəkil günü” münasibətilə Vəkillər Kollegiyasının rəhbər və üzvləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Vəkillər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə güllər düzülüb.
İlhamə Əbülfət
FOTO: Firudin Səlimov