Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi davam edir.
Oxu.Az xəbər verir ki, yas mərasimində bir çox deputatlar iştirak ediblər.
Məlahət İbrahimqızı, Jalə Əliyeva, Musa Quliyev, Ülvi Quliyev, Siyavuş Novruzov, Əziz Ələkbərli, Ramil Həsənov və Hikmət Babaoğlu mərasimdə iştirak edənlər arasında yer alır.
Mərhumun ailəsinə Mərkəzi Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov da baş çəkərək başsağlığı verib.
Qeyd edək ki, yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunur.
Daha çox şəkil burada: Photostock.az
Nəzrin Vahid
Rəylər