19 
Okt
2023
19:00
117
10
787
Virtual karabakh

Fransua Benedetti: “Fransa korsikalıların hüquqlarını pozur”

19 Okt, 2023
19:00
787

Fransua Benedetti: “Fransa korsikalıların hüquqlarını pozur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa korsikalıların hüquqlarını pozur, onlara münasibətini bir sözlə ifadə etmək olar -  ədalətsizlik”.

“Report” xəbər verir ki, bunu “Corsica Libera” partiyasının nümayəndəsi Fransua Benedetti mətbuat konfransında deyib.

“Korsikada hələ də insan haqlarına riayət olunmur, hətta keçmişdə öz konstitusiyamız olanda belə, Fransa bunu qəbul etməyib, qırğın törədib. Hətta normal tibb müəssisələrimiz də yoxdur”, - o vurğulayıb.

Onun sözlərinə görə, Korsika sakinləri normal tibbi xidmət almaq üçün Fransanın böyük şəhərlərinə getməli olurlar.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri