22 
Noy
2023
18:54
50
14
1148
Virtual karabakh

Moskvada “Azərbaycanda daşınmaz əmlaka investisiyalar” mövzusunda görüş keçirilib - FOTO

22 Noy, 2023
18:54
1148

Moskvada “Azərbaycanda daşınmaz əmlaka investisiyalar” mövzusunda görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada “Azərbaycanda daşınmaz əmlaka investisiyalar” mövzusunda ictimai görüş keçirilib.

“Report”un verdiyi məlumata görə, “Agalarov Development” şirkətinin “RBK Nedvijimost” ilə birgə təşkil etdiyi tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Rusiyanın iri inşaat şirkətlərinin və beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə turizm sənayesinin inkişafı üçün mühüm işlər görülür. F.Nağıyev qeyd edib ki, hazırda Azərbaycan ÜDM-də tuizm sektorunun payı 2,3 faizədək artıb, bu ilin 10 ayı ərzində ölkəmizi 1,7 milyon əcnəbi turist ziyarət edib. Dövlət Turizm Agentliyinin sədri Azərbaycanda investorlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verib.

“Agalarov Development” şirkətinin rəhbəri Emin Ağalarov dünyanın bir çox ölkələrində olduğu kimi, Rusiyada da sərmayədarların Azərbaycana marağının artdığını deyib.

“Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bundan əlavə, Azərbaycan zəngin tarixə, mədəniyyətə malik ölkədir”, - deyə E.Ağalarov bildirib. O, Xəzər sahilində reallaşdırılan “Sea Breeze Resort” kurort kompleksi barədə məlumat verib. Azərbaycanın həm turizm, həm də sərmayə baxımından cəlbedici ölkə olduğunu vurğulayan E.Ağalarov azad edilmiş ərazilərin turizm və investisiya potensialını diqqətə çatdırıb.

“NF Group” şirkətinin xarici daşınmaz əmlak departamentinin rəhbəri Anna Larina, “B1” şirkətlər qrupunun təmsilçisi İlya Suxarnikov, “AZAL” QSC-nin Rusiyadakı nümayəndəsi Tariyel Tahirov və başqaları çıxış edərək, Azərbaycan və Rusiya arasında iqtisadi sahədə, o cümlədən, daşınmaz əmlak və turizm sahələrində əməkdaşlığın perspektivlərindən danışıblar.

Tədbirdə Azərbaycanda daşınmaz əmlaka investisiyalar üçün siyasi-iqtisadi şərtləri və digər mövzular müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri